Studyprog

2019-2020-ci illərdə Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda və Sinqapurda keçiriləcək. Bu barədə “Kazinform” agentliyinə Olimpiadanın prezidenti Krassimir Manev bildirib: «Bu gün idarə heyətinin iclasında gələcək olimpiadaların keçiriləcək yerlərin adları açıqlanıb. 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasını Azərbaycan qəbul edəcək. 2020-ci ildə isə Olimpadaya Sinqapur ev sahiblik edəcək».

Xatırladaq ki, bu il Qazaxıstan ilk dəfə Beynəlxalq İnformatika Olimpiadasını qəbul edib. Tədbirdə 83 ölkədən 630 nümayəndə iştirak edib. Yarışda Güney Koreyadan Ci Xak Yun 600 mümkün baldan 600 bal yığıb. Qazaxıstan yığması 3 gümüş və 1 bürünc medal qazanıb.

2016-cı ildə olimpiada Kazanda, 2017-ci ildə İranda, 2018-ci ildə Yaponiyada keçiriləcək.


08 avqust 2015, 12:01:46